11 yaşlı qız timsaha hücum edib rəfiqəsini xilas etdi

11 yaşlı qız timsaha hücum edib rəfiqəsini xilas etdi

Zimbabvenin Xvanqe şəhərində 6-cı sinif şagirdi rəfiqəsini timsahın dişlərindən qurtarıb.

"Lenta.ruxəbər verir ki, yırtıcı 9 yaşlı Latoya Muvaniyə dostları ilə çayda çimdiyii zaman ona hücum edib.

Timsah qızı əlindən və ayağından tutub suyun altına dartıb. 11 yaşlı Rebekka Munkombve rəfiqəsinin çığırtısını eşidib onun köməyinə tələsib.

 

"Uşaqların arasında ən böyüyü mən idim, buna görə hiss etdim ki, ona yalnız mən kömək edə bilərəm. Dərhal suya tullandım və onalara tərəf üzdüm”, -  deyə Rebekka hadisənin təfərrüatlarını danışır.

Timsahın belinə dırmaşan cəsur qızcığaz onu yumruqlayıb və barmaqlarını gözünə soxub. Belə hücuma dözməyən heyvan Latoyanı dişlərindən buraxıb və dərhal aradan çıxıb.

Rebekka qan içində olan rəfiqəsini sahilə daşıyıb, orada isə dostları qızı sudan çıxarmağa kömək edib. Zərər cəkmiş Latoyanı xəstəxanaya yerləşdiriblər. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...

Cennifer Lopez “Met Gala 2024”ə Ben Affleksiz qatılması diqqət çəkib - FOTO

Amerikalı müğənni və aktrisa Cennifer Lopez” Met Gala 2024”ün ağ-yaşıl xalçasında təkbaşına görünməklə, Ben Affleklə evliliyində problemlərlə bağlı ...

“Dəli yığıncağı” nümayiş olunacaq

Mayın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadl...