Yüksək qiymət artımları davam edir - Mərkəzi banklar pul-kredit siyasətlərini SƏRTLƏŞDİRƏCƏK

Yüksək qiymət artımları davam edir - Mərkəzi banklar pul-kredit siyasətlərini SƏRTLƏŞDİRƏCƏK
Ölkələr 2022-ci ilə yüksək qiymət artımları ilə daxil olub. Azərbaycan da daxil olmaqla bir çox ölkədə illik qiymət artımları ikirəqəmli səviyyəyə yüksəlib. Qiymətlərin gözləniləndən çox artması qiymət sabitliyinin təmin edilməsi üçün mərkəzi bankların işlərini ağırlaşdıracaq.
 
Sfera.az xatırladır ki, ötən il Azərbaycanda 2-6 faiz aralığında ortaillik qiymət artımları hədəflənirdi. Amma ilk 11 ayın nəticələri göstərdi ki, ortaillik qiymət artımı 6 faizdən, yəni hədəflənən maksimum həddən yüksək olacaq. Böyük ehtimalla ilin yekununda ölkəmizdə 7 faizə yaxın ortaillik inflyasiya qeydə alınacaq.

Mərkəzi Bank 2022-ci ildə də ortaillik inflyasiyanın 2-6 faiz aralığında dəyişməsini hədəfləyir. Lakin ötən ilin son aylarında baş verən illik qiymət artımları göstərdi ki, 2022-ci ildə də yüksək qiymət artımları qeydə alına bilər.

Azərbaycanda inflyasiyanın sürətində güclənmənin bu ilin iyuluna qədər davam edəcəyi yəqindir. Çünki ötən ilin ilk 6 ayında qiymət artımları zəif olub. Həmin aylarda illik qiymət artımı 3-5 faiz aralığında dəyişib. Yalnız iyuldan illik qiymət artımında davamlı güclənmə müşahidə edilib.
Buna görə də 2022-ci ilin ilk 6 ayı da yüksək illik inflyasiya göstəriciləri ilə yadda qalacaq. Bu vəziyyətdə Azərbaycan Mərkəzi Bankının faizləri bir qədər də artırması ehtimalı güclüdür.

Oxşar vəziyyət digər ölkələrdə də olduğundan əksər mərkəzi banklar faizləri artıracaq. Bu prosesə ABŞ mərkəzi bankının (FED) da qoşulacağı ehtimalı var. FED-in bu il azı 2 dəfə faiz artırılmasına dair qərar qəbul edəcəyi gözlənilir.

ABŞ, Azərbaycan və digər ölkələrdə faizlərin artırılması kreditlərin bahalaşmasına, iqtisadiyyatlardakı sərbəst vəsaitlərin həcminin və pul kütləsinin azalmasına səbəb olacaq. Bunun nəticəsində tələbin zəifləyəcəyi və inflyasiya sürətinin aşağı düşəcəyi gözlənilir.

Vasif
Sfera.az

 

 

 

OXŞAR XƏBƏRLƏR

Sülh sazişi ən qısa zamanda imzalanmalıdır - ƏRDOĞAN 

Azərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərd...

“Miss USA 2023” gözəllik kraliçası titulundan imtina etdi: Səbəb

“Miss USA 2023” seçilən 24 yaşlı Noelia Voyt sahib olduğu tituldan imtina etdiyini İnstaqramda elan edərək pərəstişkarlarını şoka salıb. Qız bu addı...

“Azərpoçt” sabah xüsusi rejimdə işləyəcək

Mayın 9-u Azərbaycanda qeyri-iş günü olsa da vətəndaşların poçt, maliyyə, “postcargo” və digər xidmətlərdən rahat istifadə edə bilməsi məqsədilə &ld...

Bu ərazilərdə yağış, Xınalıqda qar yağdı

Mayın 8-i saat 20:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.   Bu barədə Milli Hid...

Yer kürəsində 11 ay dalbadal rekord dərəcədə isti hava davam edib

2024-cü ilin aprel ayı Yer kürəsində ardıcıl 11-ci rekord istilik ayı olub. Sfera.az xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidməti "Copernicus&qu...

Bill Gates dünyanın ilk hidrogen yaxtasını 600 milyon dollara satır

Dünyanın ilk hidrogen superyaxtası 600 milyon dollardan çox qiymətə satışa çıxarılıb. Bu yaxta hidrogen yanacağı ehtiyatını -217 Selsi temperaturunda saxlamalıd...