Vətənə məhəbbət və insanlığa sevgi ilə yaşanan ömür
Ölkəmizin elmi-mədəni və ictimai mühitində zəngin erudisiyası, peşəkarlığı, zəhmətkeşliyi və təvazökarlığı ilə seçilən bir ad var: Respublikanın əməkdar müəllimi, professor, fiologiya elmləri doktoru Mahirə xanım Hüseynova. Müəllifi olduğu otuzdan çox elmi kitabı, dörd yüzdən çox elmi məqaləsi, on altı şeir kitabı, 10-dan çox dərslik və metodik vəsait, ali məktəblər üçün tərtib etdiyi seçmə fənn proqramları Mahirə xanımı müasir Azərbaycan dilçiliyinin görkəmli müətəxəssislərindən biri kimi