Avropa Parlamentinin Qətnamə layihəsi erməni lobbi təşkilatları tərəfindən yazılıb – ŞƏRH


Avropa Parlamentinin Qətnamə layihəsi erməni lobbi təşkilatları tərəfindən yazılıb – ŞƏRH

Avropa Parlamenti 22 bənddən ibarət “ Azərbaycanda İnsan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər haqqında vəziyyət” adlı Qətnamə layihəsini müzakirəyə çıxarıb. Qətnamə layihəsinin mətni Ermənistan siyasi hakimiyyəti və Avropada şəbəkələnmiş erməni lobbi təşkilatları tərəfindən yazılıb.

 

Layihəni parlamentin müzakirəsinə təqdim edənlər isə Avropa Erməni təşkilatlarının muzdlu xidmətçiləridir. Buna əmin olmaq üçün sadəcə qətnamə layihəsini oxumaq kifayətdir. Real hadisələrin diametral olaraq əks təfsirdə təqdim olunması erməni propagandasının dəst-xəttidir. Bu bizə yaxşı məlumdur.

 

Şübhə yoxdur ki, AP həqiqətdən və ədalətdən uzaq olan bu qətnaməni də səs çoxluğu ilə qəbul edəcək və bununla da beynəlxalq qanunlara məhəl qoymadığını, ayrı-ayrı dövlətlərə, xüsusilə müsəlman ölkələrinə münasibətdə həmişə qərəzli mövqe tutduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək.


2020-ci ildə torpaqlarımız erməni işğalından azad edildikdən sonra Avropa Parlamentinin Azərbaycana davamlı hücumları onu göstərir ki, Avropa Parlamentində söz sahibi olan dövlətlər Azərbaycan torpaqlarının işğaldan azad olunmasında maraqlı deyildilər. Bu açıq-aşkar onu göstərir ki, 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan təkcə Ermənistan yox, həm də onun arxasında dayanan Avropa İttifaqına üzv dövlətlər idi.

 

Cavanşir Feyziyev

Milli Məclisin deputatı


OXŞAR XƏBƏRLƏR

Putin Trampın Rusiya ilə əlaqələrini inkar etdi

Rusiya prezidenti Vladimir Putin ABŞ-nin keçmiş prezidenti Donald Trampın Rusiya Federasiyası ilə əlaqələri barədə məlumatları təkzib edib .   Sfera.az...

Xalq artistindən maraqlı təşəbbüs: Azərbaycanın 4 ölməz sənətkarına ölümdən sonra fəxri ad verilsin

Bu gün Heydər Əliyev Sarayında mərhum muğam ustası Səxavət Məmmədovun xatirə konsertidir.    Xatirə gecəsində çıxış edən xalq artisti Şeyx Əbdül...

Bakıda maskalı şəxs məktəblini oğurlamaq istəyib?

Sabunçu rayonu, Ramana qəsəbəsində naməlum şəxs yetkinlik yaşına çatmayan oğlanı oğurlamağa cəhd edib.   Sfera.az xəbər verir ki, maskalı şəxsin...

“Qarabağ” azarkeşlərindən anlamlı xoreoqrafiya- FOTO

Xəbər verdiyimiz kimi, bu dəqiqələrdə “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində 3-cü tur çərçivəsində Bakıda Niderlandın “Ayaks” klub...

MEDİA-nın təşkilatçılığı ilə Gəncədə təlimlər keçirildi -FOTO

Oktyabrın 24-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Qərb bölgəsində fəaliyyət göstərən region mediası subyektlərinin nümayəndələrinin iştirakı ilə...

Quterreş COP29-dan gözləntilərini açıqladı

BMT-nin qarşıdan gələn iqlim konfransı - COP29 tərəqqiyə iki yolla təkan verməlidir.   Sfera.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş ...