YAP Mənsum İbrahimovun namizədliyini irəli sürdü

YAP Mənsum İbrahimovun namizədliyini irəli sürdü
 Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək partiyanın namizədlərini açıqlayıb.
 

Sfera.az xəbər verir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, partiyanın İdarə Heyətinin qərarına əsasən, xanəndə, Xalq artisti Mənsum İbrahimov YAP-ın 119 saylı Ağdam kənd seçki dairəsi üzrə namizədi olub.

Qeyd edək ki, buna qədər həmin dairədən jurnalist, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov millət vəkili idi. Növbədənkənar parlament seçkiləri gələn ilin fevralın 9-da keçiriləcək.



OXŞAR XƏBƏRLƏR