Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyevin iştirakı ilə ABŞ-nin Vaşinqton şəhərində ilk işgüzar səfər baş tutub.

 

Səfərin birinci günündə ABŞ Dövlət Departamenti, ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən “Avrasiyadakı geosiyasi dəyişikliklər fonunda ABŞ-nin maliyyə siyasəti” mövzusunda brifinq təşkil edilmişdir. Növbəti hissədəki görüş Amerika Banklar Assosiasiyasının (Assosiasiya) Maliyyə və Ticarət üzrə Bankirlər Assosiasiyası ilə olmuşdur.

 

Bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi məqsədilə təşkil olunan səfərdə Assosiasiya tərəfindən “Amerika bankları ilə müxbir bank əlaqələrinin qurulması: sadədən ən yaxşı təcrübələrə qədər” mövzusunda, bank sektorundakı qlobal trendlər, süni intellektin maliyyə sahəsindəki rolu, risklərin idarə edilməsi, komplayns və s. mövzularda müzakirələr aparılmış, suallar cavablandırılmış, belə görüşlərin davamlı olmasının əhəmiyyəti və birgə maarifləndirici tədbirlərin keçirilməsinin önəmi vuğulanmışdır.

 

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.


OXŞAR XƏBƏRLƏR

Andiçmə mərasimindən sonra Putin bu 2 şəxslə görüşdü

İnauqurasiya mərasimindən sonra Rusiya Prezidenti Vladimir Putin Kremldə Təcili Uşaq Cərrahiyyəsi və Travmatologiyası Elmi-Tədqiqat İnstitutunun prezidenti Leon...

Belarusun qərb və cənub sərhədlərində hərbi vəziyyət qızışır

Belarusun qərb və cənub sərhədlərində hərbi vəziyyət qızışır. Sfera.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib: “Hər...

Əli Əsədov Heydər Əliyevin abidəsini ziyarət etdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və rəhbərlik etdiyi nümayəndə heyəti mayın 7-də Ankarada Heydər Əliyev Parkını ziyarət edib.   Nazir...

Mirziyoyev Rusiyaya gedəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mayın 8-9-da Moskvaya işgüzar səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xi...

Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU

Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan 1983-cü il təvəllüdlü prokuror Müşfiq Abdullayev doğulduğu Gəncə şəhərində dəfn ediləcək. ...

Türkiyədən İsrailə xəbərdarlıq: Bütün dünyaya təsir edəcək!

Rəfahda mümkün hərbi əməliyyat bütün dünyaya təsirini göstərəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü...