Övladını rus bölməsinə qoyan valideynlərin NƏZƏRİNƏ! Seçimin vaxtı dəyişdirildi

Övladını rus bölməsinə qoyan valideynlərin NƏZƏRİNƏ! Seçimin vaxtı dəyişdirildi
Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə I siniflərinə müəllim seçiminin vaxtı dəyişdirilib.

Sfera.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. 

Belə ki, 19 iyul 2021-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyinə görə, sözügedən I siniflər üzrə qəbul edilmiş uşaqlar üçün müəllim seçimini 26 iyul 2021-ci il tarixindən etmək mümkün olacaq.


OXŞAR XƏBƏRLƏR