Vaqif Abdullayevdən xanımlara İLGİNC TƏLƏB....

Vaqif Abdullayevdən xanımlara İLGİNC TƏLƏB....
Beyləqanın icra başçısı Vaqif Abdullayev 2 fevral gənclər günü ilə bağlı keçirdiyi tədbirdə xanımlara xitabən maraqlı irad səsləndirib.

Bu barədə məlumat verən mənbənin sözlərinə görə, başçı qadınlardan dünyaya uşaq gətirməyi tələb edib. Yeni gənc nəslin yetişməsi üçün qadınların doğmalı olduğunu (?) vurğulayan V.Abdullayevin çıxışının zalda etirazlara səbəb olduğu bildirilir: "Tədbirdə iştirak edən ziyalı xanımlar icra başçısının sözlərindən abır-həya edərək oranı tərk ediblər". Tədbirdə iştirak etdiyini bildirən mənbə iddia edir ki, icra başçısı həmin vaxt sipirtli içkinin təsiri altında olub və nə danışdığını bilməyib. 
Tədbirdə diqqətiçəkən daha bir maraqlı məqam isə icra başçısının tibb bacısını ayağa qaldıraraq iynə vura bilib-bilmədiyini soruşmasıdır. Tibb bacısı bunu bacardığını dedikdə, icra başçısı təhsil şöbəsinin müdirəsini göstərərək irad tutub: "İynə vurmağı bacarırsınızsa, bəs onda xanım müdirənin bədəni niyə göydü? Deməli, iynə vura bilmirsiniz..." İcra başçısının həkimə irad tutaraq iynə vura bilmədiyini deməsi və məhz xanım təhsil müdirəsini misal çəkməsi rayonda bəzi şayiələrin, söz-söhbətlərin dolaşmasına səbəb olub. 
Qeyd edək ki, məsələ ilə bağlı "sonolay.org" da məlumat yayıb. Bu isə deyilənlərin həqiqət olduğunu düşünməyə əsas verir. 

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...