Uşaqlara peyvənd vurdurmaq nə üçün lazımdır? - İnfeksionist izah edir

Uşaqlara peyvənd vurdurmaq nə üçün lazımdır? - İnfeksionist izah edir
Ötən gün Səhiyyə nazirliyi yeniyetmələrə peyvənd vurulması ilə bağlı qərar açıqladı. Qərara görə, müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty”) peyvəndi vurula bilər.
 
Bununla bağlı cəmiyyətdə fikirlər haçalanıb desək yanılmarıq. Bəziləri uşaqlara peyvənd vurulmasının əleyhinə olduğunu deyir, bəziləri bunu kütləvi immunitetin formalaşması istiqamətində önəmli addım kimi qiymətləndirir.

Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Nicat Əzimli qeyd edib ki, yeniyetmələrə və uşaqlara, hətta yenidoğulmuşlara peyvənd vurulması praktikası bir çox infeksion xəstəliklərin profilaktikasında geniş istifadə olunub və yaxşı nəticələr əldə edilib:

"COVİD-19 xəstəliyinin profilaktikasında isə yaş həddini kiçiltməyi bizdən öncə artıq İspaniya, Danimarka, Fransa kimi bəzi ölkələr tətbiq edib və hər şey qaydasındadır. "Azərbaycanda bunun tətbiqinə ehtiyac varmı?" sualına gəldikdə, əlbəttə ki, bu kütləvi immunitetin yaranmasına müsbət təsir edər”.

Müsahibimiz bildirib ki, bu qərarların verilməsi epidemioloji vəziyyətdən asılıdır:

"Eyni zamanda qərarı səlahiyyətli qurumlar verir. Biz isə, sadəcə dünyadakı təcrübəni şərh edə bilərik”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR