Unibankın dəstəyi ilə Rio de Janeyroya gedəcək 4 intellektual gənc axtarılır

Unibankın dəstəyi ilə Rio de Janeyroya gedəcək 4 intellektual gənc axtarılır

Bakıda artıq ikinci ildir ki, səyahətçiləri intellektual suallarla sınaqdan keçirib, sonda qalib komandanı 4 üzvü ilə birgə fərqli ölkələrə səyahətə göndərən "Traveler’s Mind” intellektual oyunu keçirilir.

Emosiyaları yüksəldən, ürək döyüntülərini artıran və ən çox gözlənilən intellektual oyun olan "Traveler’s Mind Rio edition” bu il 26 may tarixində Holiday Inn mehmanxanasında "Unibank”ın Baş Sponsorluğu ilə keçiriləcək. 200 beynin 50 komanda daxilində döyüşdüyü fırtınada qalib komanda tam heyət ilə Rio de Janeyroya gediş-gəliş bileti hədiyyə qazanacaq.

Tədbirin təşkilatçısı "Vizam.az”-ın yanaşmasına əsasən, bu oyun coğrafiya kitablarının üzünə baxmayan, Manchester United oyunlarını TV-də deyil "Old Trafford”da izləməyi, pizzanı Bakıda deyil, Napolidə yeməyi, matador yarışlarını Las Ventasda izləməyi xəyal etməyənlər, "Into the wild”, "7 years in Tibet” kimi filmlərə baxmayanlar, Jül Vernin bircə kitabını da olsa oxumayanlar üçün deyil.

Qeyd edək ki, 2018-ci ildə keçirilən "Traveler’s Mind” tədbirinin ilkin buraxılışında qalib komanda tam heyət ilə Bakı-Praqa-Bakı bileti əldə etmişdi.

"UniMiles”ın Baş Sponsorluğu, "Vizam.az”-ın təşkilatçılığı ilə keçirilən "Traveler’s  Mind Rio edition” tədbirinə digər rəng qatan şirkətlər arasında "Vitam” və "Brandup" şirkətləri də var.

Rio de Janeyro xəyallarınızı gerçəkləşdirmək üçün elə indi qeydiyyatdan keçin: //bit.ly/2CHqnVs

 


OXŞAR XƏBƏRLƏR

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...