Dünya

Türkiyədə axtarışda olan daha bir terrorçu zərərsizləşdirildi

Türkiyədə axtarışda olan daha bir terrorçu zərərsizləşdirildi
 

Türkiyənin Ağrı vilayətinin Patnos rayonu ərazisində keçirilən əməliyyatda PKK terror təşkilatının axtarışda olan daha bir terrorçusu zərərsizləşdirilib.

Sfera.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, "Təslim ol!" əmrinə atəşlə qarşılıq verən terrorçu yerindəcə məhv edilib. 

Zərərsizləşdirilən terrorçu Türkiyənin "təhlükəli şəxslər" siyahısında yer alan, başına 300 min türk lirəsi (təxminən 54 min ABŞ dolları) qoyulan "Kava" kod adlı Sezer İşıkdır.

Bölgədə antiterror əməliyyatı davam etdirilir.


XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031