Türkiyədə 53 hərbçi saxlanıldı

Türkiyədə 53 hərbçi saxlanıldı
 

Ankarada FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə mübarizə çərçivəsində 53 hərbçi saxlanlılıb.Trend-in məlumatına görə, saxlanılanlardan 5 nəfərin istefada olan zabit olduğu bildirilir.

Araşdırma nəticəsində saxlanılanların hamısının FETÖ ilə sıx əlaqədə olduğu məlum olub.

Son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1076 hərbi qulluqçu xaric edilib.

Qeyd edək ki, Fəthullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.


OXŞAR XƏBƏRLƏR