Trampın milyonçu və milyarderlərdən ibarət administrasiyası - ABŞ tarixində ilk

Trampın milyonçu və milyarderlərdən ibarət administrasiyası - ABŞ tarixində ilk

ABŞ-ın 45-ci prezidenti Donald Tramp ölkə tarixində ən zəngin insanlardan ibarət administrasiya formalaşdırıb.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, Trampın administrasiyasında bir neçə multimilyoner, milyarder və hətta "Forbes" jurnalının siyahısına düşmüş 2 nəfər var. Bu barədə "Washington Post" yazıb.

Nəşrin məlumatına görə, bütün vəzifələr tam tutulmasa da, milyonçuların sayının artma ehtimalı çoxdur.

Hazırda komandada bu şəxslər var: ticarət naziri Uilbur Ross və onun gələcək müavini Todd Riketts, maliyyə naziri, "Goldman Sachs"ın direktoru Stiven Mnuçin, təhsil naziri, Riçard Devosun qohumu, "Amway" şirkətinin həmtəsisçisi Betsi Devos.

Donald Trampın komandasına daxil edilə biləcək şəxslər isə bunlardır: neft maqanatı, "Forbes"in "Ən zəngin amerikalılar" siyahısında 30-cu yerdə qərarlaşan Harold Hemm energetika naziri, Amerikada restoranlar şəbəkəsinin sahibi Endryu Pazder isə əmək naziri ola bilər.

ABŞ prezidentinin komandasında olan şəxslərin əksəriyyəti varlı olaraq dünyaya gəliblər, elit məktəblərə gediblər, onların daha çox maliyyə və siyasət sahələrində istedadları var.

Nəşr qeyd edir ki, Corc Buş 2001-ci ildə öz komandasını yığanda bunu KİV-də "milyonerlər komandası" adlandırmışdılar. Lakin Trampın komandası ilə müqayisə etsək, Buş administrasiyasının ümumi gəlirləri sadəcə 10 faiz (250 milyon dollar) təşkil edib.


OXŞAR XƏBƏRLƏR

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...

İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını NƏZƏRDƏN KEÇİRİR

İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzə...

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...