Təhsil naziri növbəti videoqəbul keçirdi
Noyabrın 26-da təhsil naziri Emin Əmrullayevin Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Xocavənd, Samux rayonları və Naftalan, Mingəçevir şəhərlərinin sakinləri üçün videoqəbulu keçirilib. Qəbulda həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Bu barədə Sfera.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təhsil naziri vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan