Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI - Müəllimlərin NƏZƏRİNƏ!
İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyunda, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyunda keçiriləcək. Sfera.az xəbər verir ki, bu barədə Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclasında qərar qəbul edilib. Qərara əsasən, bu il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız