BŞTİ: Dərsliklərin paylanılması başa çatıb

BŞTİ: Dərsliklərin paylanılması başa çatıb
 

"Bütün ümumi təhsil məktəblərində təhsil alan şagirdlərə 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş dərsliklərin paylanılması ilə bağlı başlanmış işlər başa çatdırılıb”.

Bunu APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat katibi Bəşarət Məmmədov deyib.

O bildirib ki, dərsliklərin şagirdlərə paylanılması sentyabrın 6-da yekunlaşdırılıb: "Öncədən məlumat verildiyi kimi, müraciət edən bütün valideynlər sentyabrın ilk günlərində müvafiq dövlət ümumi təhsil məktəbindən dərslikləri əldə ediblər. Bu, tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə imkan verir və uşaqların yeni dərsliklərlə ilkin tanışlığına, ilk dərs gününə daha həvəslə hazırlaşmalarına zəmin yaradır. Hər hansı səbəbdən dərsliklərlə təminatda çətinlik yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir. Mövcud qaydalara görə dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur”.

 

B. Məmmədov qeyd edib ki, 2019-2020-ci tədris ilində şagirdlərin istifadəsinə veriləcək dərsliklər əvvəlki illərdə istifadə olunmuş və 2019-cu ildə yeni çap olunmuş dərsliklərdir: "Əsas tövsiyələrimizdən biri də ondan ibarətdir ki, dövlət tərəfindən təmin olunan dərsliklərə qayğı ilə yanaşılmalı, valideynlər də övladlarına bu istiqamətdə də nəzarəti unutmamalıdırlar”.

BŞTİ rəsmisi xatırladıb ki, 2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib: "Dərslik təminatı ilə yanaşı, yeni dərs ili üçün məktəblərin təmir-tikinti işləri, maddi-texniki təminatı prosesi də kifayət qədər geniş miqyasda aparılıb və yeni dərs ilinin ilk günündən bütün tədris ocaqlarının qapıları məktəblilərin üzünə açıqdır”.


OXŞAR XƏBƏRLƏR

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO

Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi ...

Prezident onu yenidən rektor təyin etdi - FOTO

Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti ...