Bu şəxslər ali məktəblərə müsabiqədənkənar qəbul ediləcək - Qanunvericilikdə dəyişiklik edilə bilər
Təhsil
18:10 / 15.05.2018
4846
Beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericiliyə müvafiq dəyişiklik təklif olunur.
Sfera.az xəbər verir ki, bu barədə respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində təhsil naziri Ceyhun Bayramov bildirib.
O deyib ki, dəyişiklik Təhsil Nazirliyi tərəfindən hökumətlə razılaşdırılıb, təkliflər paketi Milli Məclisə təqdim olunacaq.
Nazir qeyd edib ki, beynəlxalq olimpiadalarda Azərbaycanın nəticələri ilbəil yaxşılaşır.(APA)