Rusiyada ali təhsil alan azərbaycanlıların sayı artıb

Rusiyada ali təhsil alan azərbaycanlıların sayı artıb
Kateqoriya məlum deyil
T

2026-cı ilin ilk altı ayında 9,4 mindən çox Azərbaycan vətəndaşı təhsil məqsədilə Rusiyaya yollanıb.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə artım deməkdir.

Altı ay ərzində 9 434 Azərbaycan vətəndaşı təhsil almaq üçün Rusiyaya daxil olub. Ümumilikdə, yanvar-iyun aylarında Rusiya 202 640 əcnəbi tələbə qəbul edib. Təhsil məqsədilə Rusiyaya gedənlərin sayına görə ilk beşlikdə Qazaxıstan vətəndaşları (47 156 nəfər), Çin (42 526), Özbəkistan (26 478), Tacikistan (22 052) və Qırğızıstan (12 775) vətəndaşları qərarlaşıb.

Statistikaya görə, bəzi digər ölkələrdən tələbə axını da əhəmiyyətli dərəcədə artıb. Belə ki, Banqladeş vətəndaşlarının təhsil almaq üçün Rusiyaya gəlişi yarıdan çox artaraq 1 076 nəfərə, Nigeriya vətəndaşlarının sayı isə demək olar ki, iki dəfə artaraq 568 nəfərə çatıb./Trend

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR