Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Qarabağ Universitetini ziyarət etmək istəyirlər

Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Qarabağ Universitetini ziyarət etmək istəyir.
Sfera.az xəbər verir ki, bunu komitə sədri Anar İsgəndərov komitənin bugünkü iclasında deyib.
O qeyd edib ki, bu məsələni qışa saxlamadan yaxın müddətdə reallaşdırmaq lazımdır: "Mən artıq rektorla da danışmışam".
Komitə sədri onu da vurğulayıb ki, komitədə payız sessiyası ərzində orta məktəb dərslikləri ilə bağlı dinləmələrin keçirilməsi də nəzərdə tutulur: "Dərsliklərdə problemlər var və heç də az deyil. Biz ötən sessiyada Tarix, Ədəbiyyat, İngilis dili dərslikləri ilə əlaqədar müzakirələr nəzərdə tutmuşduq. Bu sessiyada məsələyə baxıla bilər.
Elm və təhsil naziri Emin Əmrullayev də mənə deyib ki, payız sessiyasında dərsliklərlə bağlı müzakirə olsa, o da tapşırıqlarını verəcək".\\report






