Bağçalara növbəyə yazılma başlayır

Bağçalara növbəyə yazılma başlayır
Kateqoriya məlum deyil
T

10 sentyabr 2026-cı il, saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilir. Qəbul prosesi myGov portalı vasitəsilə elektron formada həyata keçirilir.

Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

"Nəzərinizə çatdırırıq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək", - Agentliyin məlumatında qeyd edilib.

Qeyd edək ki, uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR