Logo

Bağçalara elektron qəbul başlayıb

Bağçalara elektron qəbul başlayıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə elektron növbələrin yaradılmasına başlanılıb.

Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Belə ki, Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələr isə 9 iyul 2026-cı il saat 11:00-dan aktiv olacaq.

Elektron qəbul 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün saat 11:00, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün saat 15:00-da başlayacaq.

Qeyd edilib ki, bu il ilk dəfə olaraq qəbul prosesi myGov platforması üzərindən həyata keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR