Logo

ADNSU auditindən maksimum göstərici alıb

ADNSU auditindən maksimum göstərici alıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən keçirilən “QS Stars” auditində mükəmməlliyə görə mümkün olan ən yüksək göstərici – 5 ulduzla qiymətləndirilib.

Sfera.az xəbər verir ki, audit ümumilikdə 9 fərqli kateqoriya üzrə aparılıb. ADNSU bu kateqoriyalardan 7 istiqamət – tədris, akademik inkişaf, təchizat, beynəlxalq əlaqələr, məşğulluq, ətraf mühitə təsir və idarəetmə sahələri üzrə maksimal nəticə göstərərək 5 ulduz alıb.

Universitet innovasiya və bilik mübadiləsi kateqoriyalarında 4 ulduz, mühəndislik (kimya) sahəsində isə 3 ulduzla qiymətləndirilib.

Bu nəticələr ADNSU-nun qeyd olunan sahələr üzrə fəaliyyətini müasir tələblərə və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirdiyini təsdiqləyir.

ADNSU auditindən maksimum göstərici alıb

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR