"Elm arxasınca gedəcək olanlar magistratura təhsili almalıdır" - Ekspert

"Elm arxasınca gedəcək olanlar magistratura təhsili almalıdır" - Ekspert

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) dünən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçirib.İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon, 1 nəfərdə isə qanunla istifadəsi və satışı qadağan olunan mini kameralı eynək, xüsusi ötürücü qurğu və qulaqlıq aşkar olunub. Müvafiq hallar protokollaşdırılaraq həmin şəxslər imtahandan xaric olunublar. Hazırda qeyd olunan qayda pozuntuları ilə bağlı araşdırma aparılır. 


Maraqlıdır, magistr pilləsinə qədər onlarla imtahan vermiş tələbə ciddi yoxlanışın olduğunu bilə-bilə niyə hələ də bu cür yollara əl atır?  


Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu kimi neqativ halların yaşanması xoşagələn deyil. Ekspert qeyd edib ki, magistratura pilləsi ixtisasın gələcəkdə tədqiqat işlərini davam etdirmək, elmlər namizədi, elmlər doktoru adlarını almaq uğrunda bir pillədir. 


Onun sözlərinə görə, bəzi hallarda oğlan bakalavrlar bir növ hərbi xidmətə yubanmaq, möhlət almaq naminə magistr təhsili almağa üstünlük verirlər:


“Düşünürəm ki, bu, yanlış düşüncədir. Konkret olaraq elm arxasınca gediləcəksə, magistratura təhsili alınmalıdır. Bu cür hadisələrə görə, həqiqətən, magistratura təhsili almaq istəyənlərin yeri tutulur. Magistratura pilləsinə müraciətlərin çoxluğunun bir səbəbi də bəzi müəssisələrin sırf magistr təhsili tələb etməsidir. Prosesə vicdanla yanaşmaq daha doğru olar”. 


Mütəxəssis vurğuladı ki, DİM yenə də obyektiv proses həyata keçirir:


“Belə məqamları anında görüb, üzə çıxarmaq və tədbir almaq müsbət məqamdır. Ən azından kiminsə saxtakarlıqla başqasından daha uğurlu olmasının qarşısı alınır”.

 

Firuzə Əliyeva 


OXŞAR XƏBƏRLƏR

Küləklə bağlı əhaliyə müraciət olundu

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, fasilələrlə yağış yağacağı, yağışın ayrı-ayrı yer...

DTX-dan 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəsmi sosial şəbəkə hesablarında xüsusi hazırlanmış videoçarx yayımlayıb. ...

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Cəlilabad rayon prokurorunun müavini Fazil Həsənov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib. ...

Bakıdan Qazaxa getmək istəyənlərə ŞAD XƏBƏR

Bu gündən etibarən dəmir yolu ilə səfər edən sərnişinlər Qazaxa da qatarla gedə biləcəklər.   Sfera.az bu barədə "Azərbaycan Dəmir Yolları"...

İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfr...

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.   ...