Bu gün Azərbaycanda \"Son zəng\"dir - FOTOREPORTAJ

Bu gün Azərbaycanda \

Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçirilir. 250 nömrəli məktəbdə də bu tədbir təmtəraqlı şəkildə qeyd olunur.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə məktəbin direktoru Gülanə Əliyeva açılış nitqi ilə çıxış edib.

 

"Bugün bizim tədbirimizdə 3 şəhid məzunumun anası da iştirak edir. Bu, bizim üçün böyük qürurdur. Məzunlarımıza gələcək həyatlarında uğurlar arzu edirik. Bu ilki uğurlarımız bizi daha çox sevindirir. Ümid edirik ki, məzunlarımız bundan sonrakı həyatlarında da məktəbimizi fəxrlə təmsil edəcəklər”.

 

Çıxış edən şəhid anaları həm məzunları, həm də onların valideynlərini təbrik ediblər.

 

Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi Mürvət İbrahimli isə tədbirdə iştirakından məmnun olduğunu bildirib. O, tədbirin təşkil olunmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.

 

Sonra "Son zəng" tədbiri məzunların mahnıları və rəqsləri ilə davam edib.

 

Ülkər Abdurahmanlı

Fotolar: Anar Bayramlı

 


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...