Təkrar sertifikatlaşdırmanın test imtahanının ilkin nəticələri AÇIQLANDI

Təkrar sertifikatlaşdırmanın test imtahanının ilkin nəticələri AÇIQLANDI

2022 və 2023-cü illərdə təşkil olunan sertifikatlaşdırma proseslərində 31 227 ibtidai sinif, 9 247 Azərbaycan dili və ədəbiyyatı müəllimi iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 8 410 müəllimin əməkhaqqına 35 faiz, 23 538 müəllimin əməkhaqqına isə 10 faiz artım tətbiq olunur.


 
Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.


 
Bildirilib ki, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün Təhsil İnstitutu tərəfindən təlimlər təşkil edilib. Bu il iyun ayının 8-də isə sözügedən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanlarda 7 296 müəllim iştirak edib. 

 
İlkin nəticələrə əsasən, ölkə üzrə bu il 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyatı müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb. 

 

Nazirlik apellyasiya müraciətləri ilə bağlı isə bildirib ki, proses 10–13 iyun tarixlərini əhatə edəcək:

 
"Nəzərinizə çatdırırıq ki, təkrar sertifikatlaşdırma prosesi ilə bağlı apellyasiya müraciətlərinin qəbulu 10–13 iyun tarixlərində aparılacaq. Müəllimlər müraciətlərini portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər. Eyni zamanda bildiririk ki, Təhsil İnstitutu tərəfindən ibtidai sinif müəllimliyi üzrə təkrar sertifikatlaşdırma imtahanında istifadə olunan suallar ictimaiyyətlə paylaşılacaq.Bu gündən etibarən regional təhsil idarələrində təkrar sertifikatlaşdırma imtahanında keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılması məqsədilə komissiyalar fəaliyyətə başlayıb".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...

İran Prezidenti: “Yaxın gələcəkdə yenidən Azərbaycana gələcəm” - VİDEO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.   Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbayc...

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.   Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən x...

Vətəndaşlara ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - Çantalarınızı hazır saxlayın

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Mədən Tədqiqat və Axtarış Ümumi Müdirliyi (MTA) tərəfindən yenilənən Zəlzələ Təhlükəsi və Aktiv...

Yağış yağır, külək əsir - FAKTİKİ HAVA

Aprelin 28-i saat 15:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ölkə ərazisinin bə...

Xəzərdə dalğanın hündürlüyü 3,7 metrə çatıb

Aprelin 28-i saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.   Sfera.az xəbər verir...