"COP29-la bağlı kifayət qədər intensiv hazırlıq işlərinə başlanılıb" - Andreeva
"COP29-la bağlı kifayət qədər intensiv hazırlıq işlərinə başlanılıb".
Sfera.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva bu gün keçirilən “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfransda deyib.
"Normalda ölkələrə belə tədbirlərə hazırlıq üçün 2 il vaxt verilir, amma Azərbaycanda bu müddət 10 ay oldu. COP29 hazırlıq işləri həddindən artıq yaxşı gedir. Təməl blok işləri artıq görmüşük. Qlobal tədbirə ev sahibliyi edən ölkə olaraq Azərbaycanın da böyük köməyi var",- V.Andreeva bildirib.
O qeyd edib ki, uşaqların maarifləndirilməsi ən kiçik yaşlardan başlanılmalıdır:
"İqlimlə bağlı maarifləndirmələrin hətta bağça səviyyəsindən keçirildiyi üçün Elm və Təhsil Nazirliyinə təşəkkür edirik. Yaşıl iş yerlərinə də təhsilin böyük töhfəsi var. Emin müəllimin dediyi fikirlərə mən də qoşuluram. Fizika, kimya, biologiya - dəqiq elmlərin daha da gücləndirilməsinə fikir verməliyik. Əmin olmalıyıq ki, Azərbaycan cəmiyyəti daha yaşıl iqtisadiyyata hazırdır".
Firuzə Əliyeva