"Balaəli dekan, hətta kafedra müdiri ola bilər" - Təhsil ekspertindən AÇIQLAMA

Ötən gün meyxanaçı Balaəli "Xəbər-ətər" proqramında orta məktəbi bitirsə də, ali təhsil ala bilmədiyini, bununla belə dekan ola biləcəyini deyib.

 

"Təhsilsizəm, amma hansı universitetə getsəm, dekan işləyərəm", - o qeyd edib. Onun bu fikirləri gündəm olub.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, çoxları meyxanaçını qınasa da, qüvvədə olan qaydalar ali təhsili olmayan Balaəlinin dekan olmasına məhdudiyyət qoymur:

 

“Ancaq gərək o, dövlət təltifi alsın. Belə ki, 15.11.2017-ci il tarixli Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydalarına görə,(1.6.4.) incəsənət, musiqi təmayüllü kafedraların müdiri və ya müvafiq fakültələrin dekanı vəzifəsini tutmaq üçün elmi dərəcəsi və adı olmayan, lakin həmin sahədə dövlət təltifləri olan şəxslər də iştirak edə bilərlər”.

 

Ekspert bildirib ki, yəni Balaəlinin ali təhsil almaması onun ali təhsil müəssisəsində dekan, hətta kafedra müdiri olmasına maneə olmur:

 

“Əgər o, əməkdar artist və ya digər dövlət təltifi alarsa, bu arzusunu da reallaşdıra bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...