Nazir müavini İdris İsayev Gədəbəydə OLDU - FOTO

Nazir müavini İdris İsayev Gədəbəydə OLDU - FOTO

Mayın 22-də elm və təhsil nazirinin müavini İdris İsayev Gədəbəy rayonuna səfər edib. 



Sfera.az xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.  



Sonra nazir müavini Gədəbəy şəhəri İlham Əliyev adına 1 nömrəli tam orta məktəb, İslam Əliyev adına 3 nömrəli ümumi orta məktəb, eləcə də Gədəbəy peşə liseyinin inzibati binaları ilə tanış olub, müəssisələrin pedaqoji və şagird kollektivi ilə görüşüb. 



Nazir müavini həmçinin Gədəbəy şəhəri 12 nömrəli körpələr evi-uşaq bağçasının inzibati binasına baxış keçirib. 



Daha sonra İdris İsayev ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. 



Nazir müavini təhsil müəssisələrinin idarə olunması və təşkili baxımından qarşıda duran hədəf və istiqamətlər barədə danışıb, təhsil işçiləri ilə söhbət aparıb, onların təkliflərini dinləyib.



İdris İsayev səfər çərçivəsində vətəndaş qəbulu da keçirib. Vətəndaşların müraciətləri işə qəbul, iş yerinin dəyişdirilməsi, çalışmanın yaş həddinin artırılması və digər məsələlərlə bağlı olub.  



Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ olaraq araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.


OXŞAR XƏBƏRLƏR

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...