Bağçalara elektron qəbul sistemi üzrə növbələrin yaradılması DAYANDIRILIR

Bağçalara elektron qəbul sistemi üzrə növbələrin yaradılması DAYANDIRILIR
Kateqoriya məlum deyil
T

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır.

 

Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, 2024-2025-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq ilə əlaqədar olaraq 21 may 2024-cü il tarixindən etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılmasına fasilə veriləcək.

 

Eyni zamanda, 30 may 2024-cü il tarixində qəbul sistemi üzrə təsdiqlənməmiş sorğular silinəcək və 31 may 2024-cü il tarixindən isə qəbul sisteminə giriş məhdudlaşdırılacaq. 

 

Qəbul sistemi vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.

 

Firuzə Əliyeva

 

PAYLAŞ