\"Qərbi Azərbaycana Qayıdış Olimpiadasına da böyük maraq var\" - Emin Əmrullayev

\

"Son illər respublika fənn olimpiadalarında iştirak edən VIII, XI, X və XI sinif şagirdlərinin sayı 40 minə yaxındır".
 

Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

 

"Bilik yarışlarına qatılan şagirdlərin sayının getdikcə artması bizi çox sevindirir. Bu yarışlarda iştirak etmək onların dünyanın ən nüfuzlu universitetlərinin bir parçasına çevrilməsinə təsir göstərir. Azərbaycan məktəblərinin şagirdləri fənn bilikləri ilə yanaşı öz tarixlərini və kimliklərini öyrənməkdə də davam edirlər.Qərbi Azərbaycana Qayıdış Olimpiadasına da böyük maraq var. Təltifolunmanın Naxçıvanda olmasını planlaşdırırıq. Hər birinizi orada görməkdən şad olarıq",- nazir bildirib.

 

E.Əmrullayev Qarabağ Universitetinin təmiri ilə bağlı da məlumat verib:

 

"1969-cu ildə yaradılan Qarabağ Universitetin bir neçə aya yaxındır ki, bərpası üçün çalışırıq. Lakin istənilən ali təhsil müəssisəsinin keyfiyyətini müəyyən edən onun tələbələridir. Bugünkü müsabiqə qaliblərimizi də bir neçə ay sonra Qarabağ Universitetinin tələbəsi kimi görəcəyimə ümid edirəm".

 

Fotolar: Anar Bayramlı
Firuzə Əliyeva

 


 


OXŞAR XƏBƏRLƏR