"Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLAR

"Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLAR
Kateqoriya məlum deyil
T

Mayın 15-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 
 

 

Sfera.az xəbər verir ki, tədbirdə Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri, YAP-ın sədr müavini Tahir Budaqov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası sədrinin müavini Namiq Babayev, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər. 
 

Tədbir Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərinin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.  
 

Daha sonra “Ən yaxşı təqdimat” müsabiqəsinə dair videoçarx nümayiş etdirilib. 
 

Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov sözügedən müsabiqənin artıq bir ənənəyə çevrildiyini vurğulayıb. Əli Əhmədov bildirib ki, müsabiqə qaliblərinin bilik və bacarıqları sayəsində qazandıqları bu mükafat onların həyatında əhəmiyyətli yer tutmaqla yanaşı, gələcək hədəflərinin müəyyənləşməsində də mühüm rol oynayacaq. 
 

Əli Əhmədov çıxışının sonunda qaliblərə uğurlar arzulayıb. 
 

Müsabiqə qaliblərini təbrik edən elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə Elm və Təhsil Nazirliyi tərəfindən şagirdlər arasında təşkil olunan müsabiqələr barədə tədbir iştirakçılarına məlumat verib. Məktəblilər arasında keçirilən Respublika Fənn Olimpiadalarının əhəmiyyətinə toxunan Emin Əmrullayev bildirib ki, bu olimpiadalar şagirdlərimizin gələcəkdə dünyanın nüfuzlu ali təhsil müəssisələrində oxumalarına imkan yaradır. 
 

Şagirdlərimizin təkcə müxtəlif fənlər üzrə bilik və bacarıqlara yiyələnməsi deyil, eyni zamanda öz tarixlərini, milli kimliklərini öyrənməsini vacib sayan Emin Əmrullayev “Qərbi Azərbaycana qayıdış” olimpiadasını da bu qəbildən olan müsabiqələrdən biri kimi qiymətləndirib. 
 

Sonda Qarabağda bərpa edilən təhsil ənənələrinə toxunan Emin Əmrullayev müsabiqə qaliblərini Qarabağ Universitetinin tələbəsi olaraq görmək arzusunu da dilə gətirib. 
 

Dövlət Statistika Komitəsinin sədri, YAP-ın sədr müavini Tahir Budaqov öz növbəsində ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı üçün misilsiz xidmətlərindən söz açıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gənclərimizin göstərdiyi qəhrəmanlığı xatırladan Tahir Budaqov çıxışının sonunda qalibləri təbrik edib. 
 

Daha sonra “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələri əsasında 7 nəfər I, 11 nəfər II, 16 nəfər III dərəcəli diplomla təltif olunub və onlara hədiyyələr təqdim edilib.

 

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika incəsənət gimnaziyası şagirdlərinin və 3 nömrəli Respublika Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin rəqs qrupunun ifasında musiqi nömrələri səsləndirilib, rəqslər nümayiş etdirilib.
 

Qeyd edək ki, müsabiqə  Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilib.

Firuzə Əliyeva

Fotolar:Anar Bayramlı

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Gallery image 28
Gallery image 29
Gallery image 30
Gallery image 31
Gallery image 32
Gallery image 33
Gallery image 34
Gallery image 35
Gallery image 36
Gallery image 37
Gallery image 38
Gallery image 39
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
Thumbnail 28
Thumbnail 29
Thumbnail 30
Thumbnail 31
Thumbnail 32
Thumbnail 33
Thumbnail 34
Thumbnail 35
Thumbnail 36
Thumbnail 37
Thumbnail 38
Thumbnail 39
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR