Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə strateji əməkdaşlığa başlayır

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə strateji əməkdaşlığa başlayır

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (ETN) ölkədə ali təhsilin inkişafı məqsədilə dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) ilə uzunmüddətli strateji tərəfdaşlığa başlayır.

 

Bu barədə Sfera.az-a nazirlikdən məlumat verilib.

 

Bildirilib ki, tərəfdaşlıq çərçivəsində Azərbaycan universitetlərinin tədqiqat imkanlarının genişləndirilməsi və müvafiq istiqamətdə beynəlxalq nüfuzunun artırılması prosesinə THE tərəfindən dəstək göstəriləcəkdir. Bu məqsədlə ali təhsil müəssisələri üzrə data əsaslı təhlil aparılacaq və nəticələrə uyğun olaraq ölkə səviyyəsində və müvafiq ali təhsil müəssisələri üzrə inkişaf strategiyaları hazırlanacaq. Əlavə olaraq, yerli ali təhsil müəssisələrinin göstəricilərini xarici ali təhsil müəssisələri ilə müqayisədə təhlil etməyə imkan verəcək məlumat panelinə çıxış nazirlik üçün təmin olunacaq.Noyabr ayında COP29-a Azərbaycanın ev sahibliyi etməsi ilə əlaqədar olaraq cari il Azərbaycanda tarixi bir zamandır. Azərbaycan universitetləri Birləmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyətlərini dünya səviyyəsində nümayiş etdirmək imkanı əldə edəcəklər”.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi THE-nin təşəbbüsü ilə Taylandın paytaxtı Banqkok şəhərində keçiriləcək və Azərbaycan universitetlərinin də təmsil olunacağı Qlobal Davamlı İnkişaf Konqresində əsas iştirakçılardan biridir.

 

Nazirlik və THE arasında əməkdaşlıq çərçivəsində sentyabr ayında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə ölkədə “THE Impact Forum 2024” keçiriləcək.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Ağdamdakı Qiyaslı məscidindən görüntülər - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidlə bağlı instaqram sosial şəbəkəsindəki rəsmi hesabında paylaş...

İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidə başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, məktubda deyilir...

Müəllimlərə şad xəbər - Güzəşt əldə edəcəklər

İyulun 16-da təhsil işçiləri üçün hazırlanmış "TəhsilPlus" kartının təqdimat mərasimi keçirlib.   "TəhsilPlus" kartının reallaşdı...

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət edib

Bakıda saxlanılan Rusiya vətəndaşlarını, o cümlədən "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarını yaxınları ziyarət edib.   Sfera.az ...

Maşınını xadimələrə yudurdan məktəb direktoru işdən çıxarıldı

Texniki işçilərə maşınını yudurdan Bakı şəhəri 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova işdən çıxarılıb.   Sfera.az xəbər verir ...

Məşhur şahmatçıya 9 il həbs cəzası verildi

Rusiyalı şahmatçı və qrossmeyster Sergey Karjakin Ukraynanın Çernovtsı şəhərinin rayon məhkəməsinin qərarı ilə qiyabi olaraq 9 il müddətinə azadlıqdan məhrum ed...