Azərbaycanlı gənc ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna qəbul oldu - FOTO

Azərbaycanlı gənc ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna qəbul oldu - FOTO

Gəncə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2023-cü il məzunu, hal-hazırda İngiltərənin London Universitet Kollecində (UCL) təhsil alan Fidan Hüseynova dünyanın ən nüfuzlu ali məktəbinə- ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.
 
Sfera.az
xəbər verir ki, məktəbli olduğu dövrdə Fidan bir neçə yerli və beynəlxalq olimpiadalarda uğurla iştirak edib.

 

O, informatika fənni üzrə Respublika Fənn Olimpiadalarında 4 dəfə qızıl medal, iştirak etdiyi 11 müxtəlif beynəlxalq olimpiada və müsabiqədə 1 qızıl, 2 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb.


 
Fidanı təbrik edir, təhsilində uğurlar diləyirik!

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR