Məktəblərdə həftəlik dərs saatlarının ümumi miqdarı müəyyən edildi

Məktəblərdə həftəlik dərs saatlarının ümumi miqdarı müəyyən edildi
 Ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının ümumi miqdarı müəyyən olunub.

Sfera.az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin yeni redaksiyada təsdiq etdiyi "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nda əksini tapıb.

Qərara əsasən, ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının ümumi miqdarı aşağıdakı kimdir:
 

Tədris dilləri

Məktəbə hazırlıq

İbtidai təhsil səviyyəsi,

I-IV siniflər

Ümumi orta təhsil səviyyəsi, V-IX siniflər

Tam orta təhsil

səviyyəsi, X-XI siniflər

Yekun,

I-XI siniflər

Azərbaycan dili

12

99

164

74

337

Digər dillər

12

107

174

78

359


 
Qərara əsasən, dərsdənkənar məşğələ saatlarının miqdarı həftəlik saatların maksimal miqdarının 20 faizindən çox ola bilməz.

-Zəruri hallarda dərsdənkənar məşğələ saatlarından fənnin (fənlərin) tədrisinə ayrıla bilər.

-Məktəbəhazırlıqda 1 məşğələ saatı 30 dəqiqədir.

-Ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Təmayül sinifləri şagirdlərin sayı 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla komplektləşdirilir.

- Ümumi təhsil müəssisəsi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilir.

-Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.

-Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən siniflərdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, siniflər bu dövlət standartlarının müvafiq olaraq yuxarıda qeyd edilmiş say hədlərində birləşdirilir və ya paralel sinif təşkil edilir.

OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...

Sabahın havası - Yağış, şimşək, dolu...​​​​​​

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlən...

Mask məxfi məlumatlara çıxış əldə etdi - İDDİA

Amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Maskın özəl şirkətlərə aid məxfi məlumatlara çıxış əldə etdiyi iddia...

Goranboyda qonşular arasında insident

Goranboy rayonunda qonşular arasında düşən dava bir nəfərin xəsarət alması ilə nəticələnib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, Alpo...

12 günlük savaş: İran itkilərini yenilədi - RƏSMİ

İsraillə 12 günlük müharibə zamanı ölən iranlıların sayı yenilənib.   Sfera.az xəbər verir ki, bu barədə İran ədliyyəsinin sözçüsü Əsgər Cahangiri de...

Azərbaycan səfiri Rusiya XİN-in binasını tərk edib

Azərbaycan Respublikasının Rusiyadakı səfiri Rəhman Mustafayev bu gün Moskvada Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az Rusiya mediasın...