Ümumi təhsil
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi
Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib. Sfera.az xəbər verir ki, “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə müvafiq Prezident Fərmanının icrası məqsədilə qəbul olunmuş sənəd dövlət ümumi təhsil müəssisələrində işgüzar geyim mədəniyyətinin formalaşdırılmasına və vahid yanaşmanın təmin edilməsinə yönəlib. Sənədə görə, müəllimin geyimi onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni
Cəmiyyət06.10.2026 19:43
Birinci sinfə elektron qəbul prosesi yenidən başlayır
Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşir. Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, 16 sentyabr saat 11:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi prosesi başlayacaq. Proses 30 sentyabr saat 15:00-dək davam edəcək. Qeyd olunan tarixədək övladları üçün
Təhsil12.09.2026 15:20
Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Dövlət ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri və digər profillər üzrə direktor müavini vəzifələrinə işə qəbul prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilir. Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi MÜTDA məlumat yayıb. Bildirilib ki, elektron qeydiyyat avqustun 24-ü saat 15:00-dan başlayaraq avqustun 27-si saat 15:00-dək davam edəcək. Namizədlər müvafiq keçid (miq.edu.az/muavin) vasitəsilə müraciət edə bilərlər. Müsabiqə seçim
Təhsil23.08.2026 13:30
Məktəb direktoru olmaq istəyənlərin nəzərinə
Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır. Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, elektron qeydiyyat avqustun 18-i saat 11:00-da başlayacaq və avqustun 21-i saat 17:00-dək davam edəcək. Namizədlər qeydiyyatdan miq.edu.az/direktor elektron portalı vasitəsilə keçə bilərlər. Qeyd olunub ki, müsabiqə Elm və Təhsil Nazirliyi
Cəmiyyət17.08.2026 19:56
Müəllimlərin geyim qaydası öncədən müəyyənləşəcək - Yenilik
Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq. Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq. Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin
Cəmiyyət07.07.2026 11:13





