Ümumdünya Antidopinq Agentliyi
Mundialın uğursuzunda dopinq şoku: Cəza veriləcək?
DÇ-2026-da uğursuz çıxış edən Tunis millisinin 8 futbolçusunun orqanizmində qadağan olunmuş klenbuterol maddəsi aşkarlanıb. Sfera.az xəbər verir ki, araşdırmalar nəticəsində Ümumdünya Antidopinq Agentliyinin (WADA) qadağan olunmuş siyahısındakı bu maddənin performans artırmaq məqsədilə qəbul edilmədiyi, komandanın Meksikadakı bazasında yeyilən ətdən orqanizmə keçdiyi müəyyənləşib. Meksika da daxil olmaqla, bəzi ölkələrdə mal-qaranın çəkisini artırmaq üçün bu stimullaşdırıcıdan istifadə olunur.
İdman03.07.2026 21:26

