Mundialın uğursuzunda dopinq şoku: Cəza veriləcək?

Mundialın uğursuzunda dopinq şoku: Cəza veriləcək?
Kateqoriya məlum deyil
T

DÇ-2026-da uğursuz çıxış edən Tunis millisinin 8 futbolçusunun orqanizmində qadağan olunmuş klenbuterol maddəsi aşkarlanıb.

Sfera.az xəbər verir ki, araşdırmalar nəticəsində Ümumdünya Antidopinq Agentliyinin (WADA) qadağan olunmuş siyahısındakı bu maddənin performans artırmaq məqsədilə qəbul edilmədiyi, komandanın Meksikadakı bazasında yeyilən ətdən orqanizmə keçdiyi müəyyənləşib. Meksika da daxil olmaqla, bəzi ölkələrdə mal-qaranın çəkisini artırmaq üçün bu stimullaşdırıcıdan istifadə olunur.

WADA-nın qaydalarına əsasən, maddənin müəyyən dozadan az tapılması və yoluxmuş ətdən keçməsinin təsdiqlənməsi halında idmançılara qarşı heç bir cəza tədbiri görülmür. FIFA və Tunis Futbol Federasiyası isə hadisə ilə bağlı hələlik rəsmi şərh verməyib.

Qeyd edək ki, mundialın F qrupunda Niderland, İsveç və Yaponiyaya uduzaraq turniri xalsız başa vuran Tunis yığmasında baş məşqçi Sabri Lyamuşi ilk turdan sonra vəzifəsindən uzaqlaşdırılmışdı./Offsideplus

PAYLAŞ