Sumqayıtda
Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Sumqayıtda eyvandan yıxılan 10 yaşlı uşaq sağ qalıb. Sfera.az xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən doqquzmərtəbəli yaşayış binalarından birində baş verib. 2016-cı il təvəllüdlü Tunar Mahmud oğlu Yəhyayev ehtiyatsızlıq nəticəsində yaşadığı mənzilin 5-ci mərtəbəsinin eyvanından yıxılıb. Uşaq aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Hadisə10.08.2026 11:53
Sumqayıtda 20 yaşlı qadın çimərlikdə boğuldu
Sumqayıtda 20 yaşlı qadın dənizdə boğulub. Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün Sahil küçəsində yerləşən çimərlikdə baş verib. Məlumata görə, şəhər sakini 2006-cı il təvəllüdlü M.İsmayılovanın meyiti sudan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.
Hadisə04.07.2026 10:47


