Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı

Kateqoriya məlum deyil
T
Sumqayıtda eyvandan yıxılan 10 yaşlı uşaq sağ qalıb.
Sfera.az xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən doqquzmərtəbəli yaşayış binalarından birində baş verib.
2016-cı il təvəllüdlü Tunar Mahmud oğlu Yəhyayev ehtiyatsızlıq nəticəsində yaşadığı mənzilin 5-ci mərtəbəsinin eyvanından yıxılıb.
Uşaq aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Açar sözlər:






