son beş ildə
Oğlanlarda daha çox aşkarlanır! – Autizm artımının səbəbləri nədir?
Azərbaycanda son beş ildə autizm spektr pozuntusu diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-2025-ci illərdə ümumilikdə 13 min 676 nəfərə autizm spektr pozuntusu diaqnozu qoyulub. Uşaq autizmi diaqnozu ilə qeydiyyatda olanların sayı 2021-ci ildə 1624 nəfər olduğu halda, 2025-ci ildə 3533 nəfərə yüksəlib. Atipik autizm diaqnozu ilə qeydiyyatda olanların sayı isə həmin dövrdə 55 nəfərdən 123 nəfərə çatıb.</p
Sağlıq16.07.26, 17:23

