qətl
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirildi
Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşayan Ləmbəli kəndində silahlı insident baş verib. Sfera.az xəbər verir ki, hadisə nəticəsində iki qardaş qətlə yetirilib. Yayılan məlumatlara əsasən, kənd sakini odlu silahdan üç qardaşa atəş açıb, onlardan ikisi hadisə yerində həyatını itirib, biri isə sağ qalıb. Yerli sakinlərin sözlərinə görə, qardaşlar illərlə Rusiyada yaşayıblar və kəndə bu yaxınlarda qayıdıblar. İnsidentin qardaşlar qohumlarının toyuna gedərkən baş verdiyi bildirilir.
Dünya05.11.2026 21:58
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb. Sfera.az xəbər verir ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə 2001-ci il iyunun 30-da paytaxtın Nəsimi rayonunda Həqiqət Məmmədovanı qətlə yetirən şəxs müəyyən olunub. Qətli törədən 1976-cı il təvəllüdlü Rövşən Zeynalov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.
Kriminal21.10.2026 20:36
Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU
Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadə qətlə yetirilib. Sfera.az xəbər verir ki, Fatiməni bıçaqlayaraq öldürməkdə şübhəli bilinən həyat yoldaşı 1986-cı il təvəllüdlü Müseyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Amansızlıqla qətlə yetirilən Fatimənin fotosunu təqdim edirik: /qafqazinfo
Kriminal07.10.2026 20:30
Bakıda qətl törədildi
Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə oktyabrın 4-də saat 22 radələrində Xətai rayonu F.Qəmbərov küçəsində qeydə alınıb. Cəbrayıl rayon sakini əvvəllər məhkum olunmuş 2003-cü il təvəllüdlü Qüdrət Mahmudov münaqişə zəminində Bakı şəhər sakini 2008-ci il təvəllüdlü Arda Qurbanlını bıçaqla öldürüb. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Kriminal05.10.2026 19:35
Elnur Rüstəmovun öldürülməsinin təfərrüatı – VİDEO
Bərdə rayonunun Mollaəhmədli kəndində 26 yaşlı Elnur Rüstəmovun öldürülməsinin təfərrüatı açıqlanıb. Sfera.az xəbər verir ki, E.Rüstəmovun qətlində tanışı, 30 yaşlı Cavad Hüseynov şübhəli bilinir. Mərhumun qohumunun sözlərinə görə, tərəflər Elnur Rüstəmovun dayısı oğlunun yığıncağında yeyib-içərkən aralarında mübahisə yaranıb. Daha sonra mübahisə Cavad Hüseynovun evinin qarşısında davam edib. Nəticədə o, Elnuru ürək nahiyəsindən bıçaqlayıb. Mərhumun yaxınlarının sözlərinə görə, qarşı tərəf
Kriminal01.10.2026 20:15
Bakıda qətl törədildi
Bakıda qətl hadisəsi olub. Sfera.az bildirir ki, hadisə bu gün Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb. 42 yaşlı Rafət Ağalarov 4 uşaq anası olan arvadı 40 yaşlı Esmira Ağalarovanı boğaraq, öldürüb. Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rafət Ağalarov tutularaq, istintaqa təhvil verilib. İddialara görə, qadın ərindən boşanmaq istəyibmiş. Cinayət də məhz bu səbəbdən yaranan mübahisə zəminində baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb
Kriminal29.09.2026 18:01
Bakıda dəhşətli qətl törədilib
Bakıda arvadını öldürən kişi saxlanılıb. Sfera.az -ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R.Soltanov saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, hadisə Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində baş verib. 48 yaşlı Soltanova Mədinə Hüseynqulu qızı yaşadıqları evdə qətlə yetirilib. Onun şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı tərəfindən bıçaqlanaraq öldürüldüyü bildirilir. Faktla bağlı
Kriminal28.09.2026 18:26
DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
Hindistanın Uttar Pradeş ştatında bir kişi yatmış arvadını vəhşicəsinə qətlə yetirib. Sfera.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb. Cinayət sentyabrın 9-na keçən gecə törədilib. 28 yaşlı Naqma yatarkən əri Pərviz ona bıçaqla hücum edib və başını kəsib. Əməldən sonra kişi özü polis bölməsinə gələrək qətl törətdiyini etiraf edib. Gələn asayiş keşikçiləri meyiti götürərək məhkəmə-tibbi ekspertizasına göndəriblər. İstintaq məlumatına görə, cütlük təxminən 12 il bir yerdə yaşayıb. Bu
Kriminal17.09.2026 23:13
Fransada avtomobillə qətl: 1 ölü, 10 yaralı var
Fransanın şimal-qərbində yerləşən Kan şəhərində sürücü avtomobilini insanların üzərinə sürüb. Hadisə nəticəsində 1 nəfər ölüb, 7-si ağır olmaqla 10 nəfər yaralanıb. Hadisə yerindən qaçan 26 yaşlı şübhəli saxlanılıb. Sfera.az xəbər verir ki, hadisə yerli vaxtla saat 22:15 radələrində qatar stansiyasının qarşısındakı küçədə baş verib. Hadisədən əvvəl həmin ərazidə dava düşdüyü qeyd olunub. Şəhər polisinin məlumatına görə, hadisə zamanı xəsarət alan və həyatını itirən şəxslərin hamısı 17-40 yaş
Kriminal27.08.2026 11:10
16 yaşlı oğlan 44 yaşlı kişini öldürdü
Biləsuvarda qətl törədilib. Sfera.az bildirir ki, hadisə bu gün saat 20 radələrində rayonun Dərvişli kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Şölət Rüstəmlinin kənd ərazisində kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır./lent *** 20:49 Biləsuvarda kənd sakinləri
Kriminal13.08.2026 21:01
Tovuzda fermada QƏTL
Tovuzda güllələnmə hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində yerləşən fermada qeydə alınıb. Fermada bir nəfər güllələnərək qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır./apa
Kriminal07.08.2026 13:37
Gürcüstanda azərbaycanlı qız öldürüldü - Foto
Gürcüstanda Azərbaycan vətəndaşı olan gənc qız qətlə yetirilib. Sfera.az Oxu.az -a istinadla xəbər verir ki, bu barədə məlumatı "Sapari" təşkilatının rəhbəri Baia Pataraia sosial şəbəkədə paylaşıb. O bildirib ki, gənc qızla iki gün ərzində əlaqə saxlamaq mümkün olmayıb, bundan sonra polis mənzilin qapısını sındıraraq içəri girib və orada onun cəsədini tapıb. Pataraianın verdiyi məlumata görə, qatil Türkiyəyə qaçıb: "Bir neçə gün əvvəl rusiyalı bir bloqer (influenser) İnstaqramda mənimlə əlaqə
Kriminal01.07.2026 18:05













