neftin qiyməti
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
Londonun ICE birjasında "Brent" markalı xam neftin 2026-cı ilin dekabr ayı üçün fyuçerslərinin qiyməti 5 may 2026-cı ildən bəri ilk dəfə bir barel üçün 113 dollardan yuxarı qalxıb. Sfera.az xəbər verir ki, "Brent" markalı neftin qiyməti 4,19% artaraq barel üçün 113,38 dollara çatıb. Bu arada, noyabr ayı üçün çatdırılma üçün WTI xam neft fyuçerslərinin qiyməti 2,94% artaraq bir barel üçün 100,01 dollara çatıb.
İqtisadiyyat22.10.2026 23:13
ABŞ-İran danışıqları keçirilib: Neft ucuzlaşacaq?
ABŞ və İran nümayəndələri arasında BMT çərçivəsində keçirilən danışıqların “çox məhsuldar” olduğu barədə Donald Trampın açıqlamasından sonra dünya bazarında neftin qiyməti enib. Bununla yanaşı, Səudiyyə Ərəbistanının neft ixracı üçün alternativ marşrutlardan birini yenidən işə salması da qiymətlərə təsir edib. İqtisadçı Xalid Kərimli Sfera.az -a açıqlamasında bildirib ki, ABŞ və İran arasında danışıqlarda irəliləyiş əldə olunması neftin dünya qiymətinin daha da aşağı düşməsinə səbəb ola bilər.
İqtisadiyyat23.09.2026 13:22



