Neftçi
"Qarabağ" və "Neftçi" cərimələndi
AFFA İntizam Komitəsi "Qarabağ" və "Neftçi" klublarını cərimələyib. Sfera.az xəbər verir ki, buna komandalar arasında keçirilmiş Misli Premyer Liqasının VIII turunda yaşananlar səbəb olub. Ağdam təmsilçisi azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyi üçün 5000 manat ziyana düşüb. Bakı klubu fanatların pirotexniki vasitədən istifadəsinə görə 3000, beş futbolçu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək. Bundan əlavə, "Neftçi"nin mətbuat katibi Asəf
İdman20.10.2026 19:51
“Neftçi” yubiley oyununda qələbə qazandı
Azərbaycan Premyer Liqasının VI turunun açılış matçında “Qəbələ” və “Neftçi” komandaları üz-üzə gəlib. Sfera.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma “ağ-qaralar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Baş hakim Cavid Cəlilovun idarə etdiyi görüşdə qonaqların qollarını Breno Almeyda (25), Adeleke Akinyemi (86) və Lyobomir Tupta (90+2) vurublar. Bu nəticədən sonra Yuri Vernidubun komandası 15 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib. “Qırmızı-qaralar” isə 4 xalla
İdman18.09.2026 23:27
Əsəbiləşib özünə xəsarət yetirən futbolçuya - AFFA-dan ağır cəza
Misli Premyer Liqasının I turunun “Sumqayıt” – “Neftçi” oyununda birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb. Sfera.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Təcavüzkar davranışa görə cəzalandırılan futbolçuya görə “Sumqayıt” klubu 3 min manat cərimə olunub. Eyni qarşılaşmada həmçinin 4 futbolçusu sarı vərəqə alan “Neftçi” 700 manat cərimələnib. Sözügedən turda baş tutan “Qarabağ” – “Şamaxı” matçında 4
İdman20.08.2026 13:04
"Neftçi" serbiyalı futbolçunu transfer etdi
"Neftçi" daha bir futbolçu transferini həyata keçirib. Sfera.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Serbiyalı hücumameylli yarımmüdafiəçi Draqolyub Saviç 2+1 il müddətində "ağ-qaralar"ın formasını geyinəcək. 25 yaşlı futbolçu ilə bu gün müqavilə imzalanıb. Əsasən sol vinger mövqeyində çıxış edən Saviç Serbiya, Avstriya və Latviya klublarında çıxış edib. RFS klubu ilə Latviya çempionatının (2023, 2024) və kubokunun (2024) qalibi olub. Sonuncu komandası
İdman18.08.2026 19:58
"Neftçi" bu futbolçu ilə yollarını ayırdı
“Neftçi” futbolçusu İmad Fərəclə yollarını ayırıb. Sfera.az bildirir ki, klubdan verilən məlumata görə, fransalı hücumameyilli yarımmüdafiəçi Tunisin “Esperans” komandasına keçib. “Ağ-qaralar” qarşı tərəfin təklifini və 27 yaşlı vingerin karyerasını yeni klubda davam etdirmək istəyini nəzərə alaraq, təklifi müsbət dəyərləndirib. Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və artıq razılıq əldə olunub. Qeyd edək ki, 2025-ci ilin iyul ayında Kiprin AEK (Larnaka) klubundan “Neftçi”yə
İdman14.08.2026 21:59
"Neftçi" bu futbolçunu 1,6 milyon manata transfer edib
“Neftçi”nin yeni transferi Alen Şkribekin Bakıya keçidinin maliyyə detalları məlum olub. Sfera.az xəbər verir ki, “ağ-qaralar” 25 yaşlı vingerin transferi üçün Macarıstanın “Zalaeqerseq” klubuna 800 min avro (təxminən 1,6 milyon manat) təzminat ödəyib. Məlumata görə, tərəflər arasında imzalanan müqavilədə əlavə şərt də yer alıb. Belə ki, Şkribek gələcəkdə başqa kluba transfer olunarsa, onun yeni keçidindən əldə ediləcək məbləğin 15 faizi “Zalaeqerseq”ə çatacaq. Qeyd edək ki, Alen Şkribek
İdman13.08.2026 16:23
"Neftçi" bütün legionerləri ilə vidalaşdı
“Neftçi” basketbol komandası bütün legioner oyunçuları ilə vidalaşıb. Sfera.az məlumat verir ki, Bakı klubu ötən mövsüm heyətdə yer alan 7 əcnəbi basketbolçu ilə yollarını ayırıb. Həmin oyunçularla başa çatan müqavilə yenilənməyib. “Ağ-qaralar” 2026/2027-ci illər mövsümünə yeni heyətlə başlamaq niyyətindədir. Qeyd edək ki, "Neftçi" yeni mövsümdə Azərbaycanı FIBA Avropa Kubokunda təmsil edəcək. Paytaxt təmsilçisi turnirin təsnifat mərhələsində Estoniyanın "Transkom Parnu" komandası ilə
İdman04.08.2026 17:00
"Neftçi" Varqasın transferini açıqladı
"Neftçi” ötən mövsüm komandada icarə əsasında çıxış edən Fredi Varqasın transfer hüquqlarını alıb. Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Venesuela milli komandasının üzvü ilə 2+1 illik müqavilə imzalanıb. Qeyd edək ki, Varqas 2025-ci ilin yayında İsrailin "Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü. 27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matça çıxıb, 5 qol, 8 assist müəllifi olub.
İdman22.07.2026 18:04
"Neftçi" ilk yoxlama matçında məğlub oldu
Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün ilk yoxlama oyununu keçirib. Sfera.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi komanda Rumıniyanın “ÇFR Kluj” klubu ilə üz-üzə gəlib. Qarşılaşma “Neftçi”nin 2:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Qeyd edək ki, “ağ-qaralar” hazırlıq prosesi çərçivəsində iyulun 6-da Serbiyanın “Partizan”, iyulun 10-da Serbiyanın “Radniçki Niş”, iyulun 13-də isə Xorvatiyanın “Osiyek” komandaları ilə də yoxlama oyunları keçirəcək.
İdman02.07.2026 23:02









