Möhsün Rezai
İran ABŞ-yə necə zərbə vura bilər? - AÇIQLAMA
Sanksiya təzyiqləri artsa, İran ABŞ-nin Yaxın Şərqdəki iqtisadi maraqlarına zərər vura bilər. Belə bir xəbərdarlıqla İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai çıxış edib. "ABŞ İrana iqtisadi təzyiqi artırarsa, biz Amerikanın regiondakı maraqlarına təsir edəcək əks tədbirlərlə cavab verəcəyik", - deyə o, Livanın "Al Manar" telekanalına müsahibəsində deyib. Bununla belə, M.Rezai söhbətin hansı əks tədbirlərdən getdiyini açıqlamayıb. <
Siyasət28.08.26, 13:15

