Model Səmra
Səmra Hüseynovadan 1000 manatlıq borca ETİRAZ
Model Səmra Hüseynova “TikTok” fəaliyyətinə görə ona 1000 manat gəlir vergisi borcu hesablanmasına etiraz edib. Sfera.az xəbər verir ki, model sosial şəbəkədə paylaşım edərək Vergi Xidmətindən məsələ ilə bağlı açıqlama istəyib. O bildirib ki, son bir il altı ay ərzində Sumqayıtda sadələşdirilmiş vergi ödəyicisi kimi hesabat təqdim edib. Buna baxmayaraq, ona gəlir vergisi üzrə borc hesablanıb. Səmra Hüseynova qeyd edib ki, üç il əvvəl də oxşar vəziyyətlə üzləşib və həmin vaxt borc silinib. Model
Maqazin22.10.2026 17:00

