mina
Şuşada mina partlayışında xəsarət alan şəxsin SON VƏZİYYƏTİ
Şuşa rayonunun Cəmillər kəndi ərazisində baş verən mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Sfera.az bildirir ki, Oxu.Az -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1979-cu il təvəllüdlü şəxs (kişi) sentyabrın 28-də saat 10 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub. "Aparılan müayinələr zamanı pasiyentə təpə nahiyəsinin kəsilmiş yarası, L1 fəqərəsinin köndələn çıxıntısının minimal
Hadisə28.09.2026 22:38
Şuşada mina partladı
İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində mina partlayışı hadisəsi baş verib. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin Mətbuat Xidmətləri məlumat yayıb. Bildirilib ki, 1979-cu il təvəllüdlü Bakı şəhər sakini Bayramov Bəxtiyar Mirzə oğlunun keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə idarə etdiyi avtomobil tank əleyhinə minaya düşüb. Hadisə zamanı o, müxtəlif dərəcəli bədən
Hadisə28.09.2026 19:20
XİN-dən mina partlayışları ilə bağlı paylaşım
Azərbaycan Xarici İşlər Nazirliyi mina partlayışları ilə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib. Sfera.az xəbər verir ki, paylaşımda Azərbaycanda son iki gün ərzində iki mina partlaytışının baş verməsi qabardılıb. "Ardıcıl iki gün. İki mina partlayışı. Üç mülki şəxs yaralanıb", - paylaşımda bildirilib. Qeyd olunub ki, 2020-ci il müharibəsinin sonundan bəri Azərbaycanda 436 nəfər minaların qurbanı olub: "Bu faciəvi hadisələr münaqişənin ölümcül mirasının həyatları təhdid etməyə,
Siyasət13.08.2026 22:30
Xocavənddə mina partlayışında xəsarət alanların SON DURUMU
Xocavənd rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər (kişi) saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Sfera.az bildirir ki, bu barədə TƏBİB-dən bildirilib. Onlardan 1989-cu il təvəllüdlü şəxsə üzün və gözün müxtəlif nahiyələrinin açıq yarası, 2003-cü il təvəllüdlü şəxsə isə qarın nahiyəsinin sıyrılmış yaraları diaqnozu təyin olunub. Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Hadisə12.08.2026 21:43
Xocavənddə mina partladı - Yaralılar var
Xocavənd rayonunda mina partlayışı baş verib. Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb. İşğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində 2026-cı il 12 avqust tarixində mina partlayışı hadisəsi baş verib. Qazax rayon sakini 1961-ci il təvəllüdlü Abbasov Elçin Telman oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə zamanı Tovuz
Hadisə12.08.2026 19:09





