milli komanda
Ronaldo İspaniyaya məğlubiyyətdən sonra göz yaşlarını saxlaya bilmədi
İspaniya 2026-cı il FIFA Dünya Kubokunun 1/8 final mərhələsində Portuqaliyanı 1:0 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib. Sfera.az xəbər verir ki, Dallasdakı AT&T Stadionunda keçirilən qarşılaşmada vurulan yeganə qol İspaniyaya qələbə və növbəti mərhələyə vəsiqə qazandırıb. Matçın final fitindən sonra Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo emosiyalarını cilovlaya bilməyib. 41 yaşlı futbolçu göz yaşlarına hakim ola bilməyib və komanda yoldaşları tərəfindən təsəlli tapıb.
Media07.07.2026 21:32

