Kvebek
Kvebek Kanadadan ayrıla bilər
Kvebekdə keçirilən parlament seçkilərində vilayətin Kanadadan ayrılmasını və müstəqilliyini dəstəkləyən Kvebek Partiyası qalib gəlib. Sfera.az xəbər verir ki, bu barədə “CBC News” məlumat yayıb. Seçkilərdə Kvebek Partiyası 28 faiz səs toplayaraq Milli Assambleyada 127 yerdən 59-nu əldə edib. Bununla belə, partiya parlamentdə mütləq çoxluq qazana bilməyib. Kvebek Liberal Partiyası 24,2 faiz səslə 40 mandat, Kvebek Mühafizəkarlar Partiyası isə 20,7 faiz səslə 19 mandat əldə edib. Kvebek Partiyası
Media06.10.2026 15:14

