Kalininqrad
NATO-dan Rusiyaya SİQNAL: təlim keçirdi
NATO Kalininqrad vilayətinin yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirib. Sfera.az xəbər verir ki, Almaniyanın “Merkur” nəşrinin məlumatına görə, avqustun 19-da NATO-ya məxsus 50-dən çox hərbi təyyarə eyni vaxtda Polşa və Baltik dənizi üzərindəki hava məkanında fəaliyyət göstərib. Nəşr bu addımı Rusiyaya yönəlmiş siqnal kimi qiymətləndirib. Bundesver Universitetinin hərbi məsələlər üzrə analitiki Karlo Masala isə “Rusiyanın bu siqnalı başa düşdüyünə yalnız ümid etmək olar” deyib.
Siyasət20.08.2026 14:58

