İtaliyada
Meloni hökuməti rekordu qırdı
Siyasi çalxantılar və tez-tez dəyişən hökumətləri ilə tanınan İtaliyada siyasi sabitlik rekordu qırılıb. 2022-ci ildə ölkənin ilk qadın baş naziri seçilən Giorgia Meloninin rəhbərlik etdiyi sağ koalisiya hökuməti fasiləsiz 1413 gün (3,87 il) fəaliyyət göstərərək İkinci Dünya müharibəsindən sonra ölkə tarixinin ən uzunömürlü hökuməti adını qazanıb. Sfera.az xəbər verir ki, Meloni bu göstərici ilə mərhum Silvio Berluskiyə məxsus bir hökumət dönəmində hakimiyyətdə qalma rekordunu da geridə qoyub.
Dünya03.09.2026 15:40

